Azərbaycanda helikopter servis mərkəzinin tikintisi başlayıb | Eurasia Diary - ednews.net

22 Yanvar, Çərşənbə


Azərbaycanda helikopter servis mərkəzinin tikintisi başlayıb

Siyasət A- A A+

Bakı şəhərində Rusiya istehsalı olan helikopterlər üçün servis mərkəzinin tikintisinə başlanıb.

Bu barədə Eurasia Diary-ə “Rusiya Helikopterlər” şirkətindən məlumat verilib.

Mərasimdə “Rusiya Helikopterləri” şirkətinin baş direktoru Andrey Boqinski, həmçinin Azərbaycanda istismar edilən Rusiya istehsalı olan helikopterlərə texniki xidməti göstərəcək “Helikopter Servis Mərkəzi” MMC-nin nümayəndələri iştirak ediblər.

“Bu gün Azərbaycanda istismarda olan Rusiya istehsalı “Mi” markalı helikopterlərə yüksək səviyyədə texniki xidmət göstərmək üçün müasir xidmət mərkəzi yaradılıb. Bu iş “Rostex” Dövlət Korporasiyasının aviasiya yığımı strategiyası çərçivəsində aparılır. Hansı ki, regional xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur”, -deyə A. Boqinski bildirib.

Rusiya və Azərbaycan arasında əldə olunmuş razılaşmaya əsasən “Helikopter Servis Mərkəzi” MMC-də Rusiya tərəfi 25% paya malik olacaq. Bununla bağlı tərəflər arasında müqavilənin 2020-ci ilin birinci rübündə imzalanması planlaşdırılır. Razılaşma həmçinin Rusiya və keçmiş sovet istehsalı olan helikopterlərin təmiri və texniki xidmətin təşkili texnologiyalarının “Helikopter Servis Mərkəzi”nə ötürülməsini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...