Azərbaycanlı terrorçulara hökm oxunub - "hər biri 9 il..." | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Azərbaycanlı terrorçulara hökm oxunub - "hər biri 9 il..."

Siyasət A- A A+

Bakı Ağır Cinayətlər Məhkəmsəində Suriyada qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Əfqan Aslanov və Bilal İsmayılovun hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər.

Onlar 2014-cü ildə Azərbaycana qayıdandan sonra həbs ediliblər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...