"Seçkilərdə iştirak edəcəyik, çünki seçki institutunu yaşatmaq istəyirik".
Bunu Eurasia Diary-ə açıqlamasında Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər deyib. Qeyd edək ki, partiyanın hazırki başqanı bir neçə gün öncə partiyanın seçkilərdə iştirak edə biləcəyinə işarə etmişdi.
Xatırladaq ki, İsa Qəmbər 1992-93 illərdə Milli Məclisin sədri vəzifəsini tutmuş və bir müddət prezident səlahiyyətlərini icra etmişdir.