Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb | Eurasia Diary - ednews.net

23 Sentyabr, Çərşənbə


Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb

Siyasət A- A A+
Eurasia Diary-nin xəbərinə görə, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
 
Görüşdə Latviya-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti, əlaqələrin gələcək inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.
 
Bundan başqa, Azərbaycan XİN başçısı Riqada yerləşən "İşğal" muzeyinə və Latviya Milli Kitabxanasına baş çəkib.
 
E. Məmmədyarov Riqada “Azadlıq” heykəlini də ziyarət edib.
 
Qeyd edək ki, E. Məmmədyarovun Latviya Prezidenti Eqils Levits, Latviya Seyminin spikeri İnara Murnietse və Müdafiə naziri Artis Pabrikslə görüşləri də gözlənilir.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...