Baş nazirdən daha bir mühüm - SƏRƏNCAM | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Baş nazirdən daha bir mühüm - SƏRƏNCAM

Siyasət A- A A+
Azərbaycanda texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələr (hallar) müəyyənləşdiriləcək.
 
Eurasia Diary xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələri (halları) müəyyənləşdirəcəyi təqdirdə, bununla bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
 
İqtisadiyyat Nazirliyinə istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydalarının layihəsini də Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...