XXI əsrdə dövlət idarə edən qadın siyasətçilər... | Eurasia Diary - ednews.net

30 Yanvar, Cümə axşamı


XXI əsrdə dövlət idarə edən qadın siyasətçilər...

Siyasət A- A A+
İstər antik, istər orta, istəsə də yeni tarixdə dövlət rəhbəri olmuş qadınların sayı az deyil. Nədənsə bu kimi hallar qanunauyğunluqdan çox, nadir hal sayılıb.
 
Lakin XX əsrin ortalarında başlayaraq, liberal dəyərlərin Qərbdə hakim olması ilə, qadınların yalnız irsi deyil, demokratik, bərabər seçki yolu ilə də qalib gələrək, prezident və baş nazir seçilməsi halları artmağa başladı.
 
Böyük Britaniya baş naziri Marqarit Tetçer, Hindistan baş naziri İndira Qandi, ABŞ-ın Dövlət katibləri Kandaliza Rays, Madlen Olbrayt, Pakistanın baş naziri Bənazir Bhutto XX əsrin siyasət aləmində dərin iz buraxan xanımlardı.
 
Eurasia Diary saytı hazırda dövlət və hökumət başçısı olan qadınların siyahsını təqdim edir.    (modern.az)
 
II Yelizaveta – 1952-ci il fevralın 6-dan Böyük Britaniya kraliçasıdır.
 
II Marqreta – 1972-ci il yanvarın 15-dən Danimarka kraliçasıdır.
 
Şeyx Hasina Vazed – 2009-cu ildən Banqladeşin baş naziridir.
 
Angela Merkel – 2005-ci il fevralın 22-dən Almaniya kansleridir.
 
Erna Sulberq – 2013-cü il oktyabrın 16-dan Norveçin dövlət naziridir.
 
Kolinda Qrabar-Kitaroviç – 2015-ci il fevralın 15-dən Xorvatiya prezidentidir.
 
Saara Kuuqonqelva-Amadxila – 2015-ci il martın 21-dən Namibiya baş naziridir.
 
Casinda Ardern –2016-cı il oktyabrın 26-dan Yeni Zelandiyanın baş naziridir.
 
Ana Brnabiç – 2017-ci il iyunun 29-dan Serbiyanın baş naziridir.
 
Halima Yakob – 2017-ci il sentyabrın 14-dən Sinqapurin baş naziridir.
 
Katrin Yakobsdouittir -  2017-ci il noyabrın 30-dan İslandiyanın baş naziridir.
 
Pola-Mey Uiks – 2018-ci il martın 19-dan Trinidad və Tabaqo dövlətinin prezidentidir.
 
Mia Motli – 2018-ci il mayın 26-dan Barbadosun baş naziridir.
 
Sahle-Vork Zevde – 2018-ci il oktyabrın 25-dən Efiopiya prezidentidir.
 
Salome Zurabişvili – 2018-ci il dekabrın 16-dan Gürcüstanın prezidentidir. 
 
Zuzana Çaputova – 2019-cu il iyunun 25-dən Slovakiya prezidentidir.
 
Sanna Marin – 2019-cu il dekabrın 10-dan Finlandiyanın baş naziridir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...