"Azərbaycan üçün ölümə gedərəm" - Bir erməninin etirafları - VİDEO | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


"Azərbaycan üçün ölümə gedərəm" - Bir erməninin etirafları - VİDEO

Siyasət A- A A+

"Müharibənin əleyhinəyəm, amma Qarabağ Azərbaycan torpağı idi və belə də qalmalıdır"

Eurasia Diary xəbər verir ki, bunu diaspor.info saytına müsahibəsində azərbaycan əsilli erməni Hrant Qudmanyan deyib. O, Ukraynanın Ujqorod şəhərində yaşayır. Azərbaycan SSR Vartaşen (indiki Oğuz) şəhərində anadan olub. Bakı hərbi məktəbində oxuyub. Azərbaycan dilində yaxşı danışır. Azərbaycanı vətəni adlandırır və iki dəfə televiziya reportajında ​​vətəni üçün canını verməyə hazır olduğunu bildirib. Ukraynada ermənilərlə az ünsiyyət saxlayır, işgüzar əlaqələrinin hamısı azərbaycanlılarla bağlıdır. Prezident İlham Əliyevdən doğma yerlərini ziyarət etmək və valideynlərinin məzarlarını görmək üçün iki dəfə xahiş edib. Videomüsahibədə bir daha deyir:

"Mənim üçün Qarabağ Azərbaycan torpağıdır. Azərbaycanda heç kim mənə erməni dilində danışmağı qadağan etməyib. Mən istənilən müharibənin əleyhinəyəm, amma Qarabağ Azərbaycan torpağı idi və belə də qalmalıdır, Qrant deyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...