Azərbaycanlı icarə haqqına görə rusiyalı rəqibini güllələdi | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


Azərbaycanlı icarə haqqına görə rusiyalı rəqibini güllələdi

Siyasət A- A A+
Rusiyada münaqişə zamanı rəqibini güllələyən azərbaycanlının ürəyi soyumayıb, onun “Land Cruiser” markalı avtomobilini də atəşə tutub.
 
Eurasia Diary bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
Məlumata görə, ticarət şirkətinin 47 yaşlı layihə rəhbəri ona olunan silahlı hücumla bağlı polisə müraciət edib və bildirib ki, atəş açan şəxs Azərbaycan vətəndaşı olub. Mübahisəyə isə icarə haqqı ilə bağlı tərəflər arasında yaranan fikir ayrılığı səbəb olub.
 
Hazırda faktla bağlı istintaq başlanılıb, araşdırma aparılır.
 
Zərərçəkmiş mülki münaqişənin kriminal müstəviyə çevrilməsini, nəticədə isə bu cür xoşagəlməz hadisə baş verdiyini, odlu silahdan atılan atəş zamanı sağ-salamat qaldığını deyir.
 
Zərərçəkmiş ona silahlı hücum çəkən şəxsin tapıb cəzalandırılması üçün polisə müraciət edib. Müraciətdə bildirib ki, Bəşirov əvvəllər də onu təhdid edib. Amma dünən birbaşa sözdən əmələ keçib. Həm onu, həm də avtomobilini atəşə tutub.
 
Faktla bağlı araşdırmalar davam edir.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...