Azərbaycan Rus İcmasında yeni təyinat DOSYE

Siyasət 17:39 18.12.2019

Politoloq, ictimai xadim, CBC-də Qlobal Müzakirə siyasi televiziya şousunun aparıcısı və Beynəlxalq  Avrasiya  Mətbuat Fondunun Prezidentinin köməkçisi Anastasiya Lavrina Azərbaycan Rus İcmasının beşinci qurultayında açıq səsvermə yolu ilə Azərbaycan Rus İcması sədri Milli Məclisin deputatı Mixail Zabelinin müavini seçilib.

Eurasia Diary xəbər verir ki, dekabrın 14-də hakim Yeni Azərbaycan Partiyasının mərkəzi ofisinin akt zalında keçən beşinci qurultayda Respublika Birliyi Şurasının yeni tərkibi və rəhbərliyi seçilib. Təşkilatın rəhbəri Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçilib. Respublika Şurasına 21 nəfər daxil olub. Onlardan biri də Anastasiya Lavrinadır.

A.Lavrina Rus İcmasının Qaradağ təşkilatının təmsilçisi qismində Azərbaycan Rus İcmasının Beşinci Qurultayının nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə iki müstəqil dövlət - Azərbaycan və Rusiya arasındakı sərbəst strateji tərəfdaşlıq çərçivəsində zamanın sınağından keçmiş dostluq münasibətlərinin əhəmiyyəti qeyd edilib. Həmçinin, özünü Azərbaycan xalqının ayrılmaz hissəsi hesab edən Rusiya xalqının onunla uğur və çətinlikləri bölüşdüyünü, millətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların bərabər olduğu, mədəniyyətlərini, həyat tərzini, dilini, adət və ənənələrini qorumaları üçün əlverişli şəraitin yaradıldığı bir ölkə qarşısında məsuliyyət hiss etdikləri də diqqətə çatdırılıb.

Rus əsilli Anastasiya Lavrina Azərbaycanda anadan olub və böyüyüb. Böyük Britaniya və Polşada ikili diplom proqramını bitirdikdən sonra ADA Universitetindən diplomatiya və beynəlxalq münasibətlər ixtisası üzrə ikinci magistr dərəcəsi almışdır. A. Lavrina vətəndaş cəmiyyətinin inkişafı və inteqrasiya, sosial, təhsil və humanitar layihələrin həyata keçirilməsində, gənclərlə işləmək və gender bərabərliyi məsələlərini təbliğ etməkdə geniş bilik, bacarıq və təcrübəyə malikdir. Həm Azərbaycanda, həm də xaricdə nəşr olunan bir sıra məqalələrin və elmi işlərin müəllifidir.

Bir sıra beynəlxalq proqramlarda, o cümlədən Avropa Parlamentinin və Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi tədbirlərdə iştirak edən A. Lavrina dəfələrlə yüksək tribunalarda çıxış edərək dünya ictimaiyyətinə Azərbaycan, tarix, mədəniyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

İctimai fəaliyyətlə yanaşı, A. Lavrina Azərbaycanın CBC kanalında "Qlobal Müzakirə" ictimai-siyasi proqramının müəllifi və aparıcısıdır. Proqramda dünya siyasəti və Azərbaycanla birbaşa bağlı olan hadisələr müzakirə olunur. Müzakirələrdə bütün dünyadan tanınmış siyasətçilər, diplomatlar, ekspertlər, politoloqlar, jurnalistlər və iş adamları iştirak edirlər.

2016-cı ildən bu günə qədər Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında ümumi məşvərətçi statusuna malik beynəlxalq qeyri-hökumət təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondu prezidentinin köməkçisi kimi çalışır. Bu vəzifədə olduğu müddətdə A. Lavrina, Bakıda və Azərbaycanın cəbhə bölgələrində erməni təcavüzünə məruz qalan yaşayış məntəqələrində uşaqlara kömək məqsədilə gender bərabərliyi və vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar bir sıra humanitar və təhsil layihələrinin təşəbbüskarı kimi çıxış edib.

Xatırladaq ki, Rusiya İcmasının beşinci qurultayında ölkənin bütün bölgələrindən 250-dən çox nümayəndə, həmçinin Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət, multikulturalizm və diasporla əlaqələr şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əli Hüseynli, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsi rəhbərinin müavini Anton Rıbakov, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr və başqaları iştirak edib.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Hamısı