Həbs olunduğu deyilən Yaqub Eyyubovun qardaşı nəvəsi - DANIŞDI | Eurasia Diary - ednews.net

26 Fevral, Çərşənbə


Həbs olunduğu deyilən Yaqub Eyyubovun qardaşı nəvəsi - DANIŞDI

Siyasət A- A A+
Ağstafa rayon İcra başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova həbs olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
Eurasia Diary xəbər verir ki, Lalə Eyyubova Unikal.org-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
 
“Mənim baş verən prosseslərlə heç bir bağlılığım yoxdur. Nə istintaqa çağırılmışam,  nə də ki, həbs olunmuşam. Mən işimin başındayam. Hazırda başçının müavini vəzifəsini icra edirəm”.
 
Qeyd edək ki, Lalə Eyyubova  Baş Nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...