Sabah Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.
Eurasia Diary-nin məlumatına görə,sabahkı seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşib və məntəqələrdən asılıb. Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək: “Bələdiyyə seçkiləri 118 dairəni, ümumilikdə 5049 məntəqəni əhatə edəcək. Seçki prosesində iştirak edəcək seçicilərin sayı isə 4 milyon 972 min 356 nəfərdir.
Məzahir Pənahov onu da deyib ki, dünyanın heç bir yerində seçkilər zamanı xoşagəlməz halların baş verməsindən heç kim sığortalanmayıb: “Biz qarşımıza tələb qoymuşuq ki, bunu minimuma endirək. Hesab edirəm ki, biz buna kifayət qədər nail olmuşuq. Seçkilər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir”.