Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.
Bu vəzifə polis polkovniki Rəşid Piriyevə tapşırılıb.
Eurasia Diary-nin məlumatına görə, hələlik həmin vəzifəyə rəsmi təyinat olmayıb.
R.Piriyev bu günə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.
Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.
Qarabağ döyüşlərinin iştirakçısıdır.