Eurasia Diary erməni KİV-nə istinadən xəbər verir ki, yanvarın 6-da Hərbi hissələrdən birinin mühafizəsinə cəlb olunmuş hərbçi pulemyotla özünə atəş açaraq intihar edib. Onun Ermənistan ordusunun müqaviləli hərbçisi 32 yaşlı Geqam Viktoroviç Xaçaturyan olduğu deyilir.
Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə iş açılıb. İstintaq tədbirləri davam etdirilir.
Maraqlıdır ki, Ermənistan Müdafiə Nazirliyi faktla bağlı məlumat verməmişdi.