Deputatlığa namizədlərin təşviqatı başlayır | Eurasia Diary - ednews.net

24 Yanvar, Cümə


Deputatlığa namizədlərin təşviqatı başlayır

Siyasət A- A A+

Sabah, yanvarın 17-də Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

Eurasia Diary xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Bildirilib ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu il fevralın 9-na təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...