Misir polisi Türk jurnalistləri həbs edib - Qahirədə böyük skandal | Eurasia Diary - ednews.net

7 Avqust, Cümə


Misir polisi Türk jurnalistləri həbs edib - Qahirədə böyük skandal

Siyasət A- A A+

Misir polisi Anadolu Agentliyinin Qahirə ofisinə basqın edərək, biri Türkiyə vətəndaşı olmaqla 4 əməkdaşı saxlayıb. Agentlik işçilərinin daha sonra Misir prokurorluğunda dindirildiyi məlum olub.

Türkiyənin dövlət xəbər agentliyi Anadolu Agentliyinin Qahirədə yerləşən ofisinə Misir polisi basqın edib.

Eurasia Diary xəbər verir ki, agentliyin 4 əməkdaşı polis tərəfindən saxlanılıb. 

Misir polisi jurnalistlərin həbs edilməsi səbəbi kimi "yalan informasiya"nın yayılması və Qahirədəki ofisdə işləmək üçün lazımi icazənin olmamasını göstərib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyi hadisəylə bağlı Misir hökumətini qınayıb. Nazirlikdən verilən açıqlamada agentliyin əməkdaşlarının dərhal azad edilməsi tələb edilib. Bundan savayı, Türkiyənin vitse-prezidenti, nazirləri, bir neçə siyasi partiya liderləri hadisəylə bağlı Anadolu Agentliyi rəhbərliyinə dəstək mesajları yayınlayıb.

P.S. Azərbaycan jurnalistləri olaraq Türkiyəli həmkarlarımıza qarşı həyata keçirilən bu əməliyyatı qətiyyətlə pisləyir, Anadolu Agetnliyi əməkdaşları başda olmaqla bütün türk həmkarlarımıza dəstək olduğumuzu bildiririk...

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...