Prezident İlham Əliyev Davosda Pakistanın Baş Naziri ilə görüşüb | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə


Prezident İlham Əliyev Davosda Pakistanın Baş Naziri ilə görüşüb

Siyasət A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə görüşü olub.

Eurasia Diary xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Baş Nazir İmran Xan bildirib ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb.

Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini, xüsusilə müsəlman ölkələrindən gələn ziyarətçilərin sayında böyük artımın müşahidə edildiyini deyən İmran Xan ölkəmizin bu sahədəki təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib.

Prezident İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd edib. Dövlətimizin başçısı, həmçinin ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində Pakistanı dəstəklədiyi vurğulanıb.(apa)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...