Qurmağın yolu dağıtmaqdan keçir 30 il sonra

Siyasət 16:32 22.01.2020

“Onlar şüurlu olmayınca, qiyam etməyəcəklər, qiyam etməyincə də, şüurlu olmayacaqlar”- C.Oruell, “1984” kitabından.

Yanvarın 20-si Azərbaycanda ümumxalq matəm günüdür. 1990-cı ilin bu günündə Sovet qoşunları elə öz vətəndaşlarının iradəsini qırmaq üçün Bakıya girib. Qanlı akt nəticəsində həmin gecə Sovet hökuməti tərəfindən 147 insan öldürülüb və 700-dən çoxu yaralanıb. Yüzlərlə azərbaycanlı ata, ana, oğul, qız, qardaş, bacısını itirib. Halbuki, həmin mərd oğul və qızlar həyatları bahasına Azərbaycanın 1920-ci ildə itirilmiş müstəqilliyini bərpa etmişlər.

Çox təəssüflər olsun ki, 30 il keçməsinə baxmayaraq 1990-cı il 20 yanvar məsələsi həm siyasi, həm də hüquqi mənada açıq qalır. Bundan başqa, dinc nümayişçilərin güllələnməsi hadisələri daha kiçik miqyasda olsa da Tbilisi, Vilnüs və Riqada da təkrar olunub. Dünya ictimaiyyəti öz növbəsində bu qanlı aktlara heç cür reaksiya verməyib, günahkarlar cəzalandırılmayıblar. Əksinə, Mixail Qorbaçov Nobel mükafatına layıq görüldü və Avropanın alqışları ilə qarşılandı.

Bu yüksək qiyməti SSRİ-nin birinci və sonuncu prezidenti Sovet İttifaqının parçalanması kimi mühüm siyasi tapşırığı yerinə yetirdiyinə görə alıb. Azərbaycana münasibətdə isə növbəti dəfə olaraq ikili standartlar tətbiq edilib.

Sovetlərin paradoksu ondan ibarət idi ki, müxtəlif xalqların bir xoşbəxt ölkədə birləşməsi ideologiyasını yaradan sistem 70 il ərzində milli məsələlərin tənzimlənməsi mexanizmini icad etməyib. Sovet dövlətinin yarandığı gündən ən yaralı yeri məhz bu olub, elə bu da onun axırına çıxıb. SSRİ-nin dəmir pərdə arxasında gizləndikləri kəslər çözülməmiş milli münaqişələrdən məharətlə istifadə etdilər.

Xalqların psixologiyasından xəbərsiz olmaq və mili məsələləri tənzimləyə bilməmək, həmçinin müəyyən xalqların müəyyən səbəblərdən hökumətdə yüksək vəzifələrə buraxılmaması 100 il öncədən qanayan yaralar yaratdı. Tarixə nəzər salsaq, XX əsrin 20-ci illərində ermənilər və azərbaycanlılar arasında ərazi münaqişəsi süni yolla 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasıyla həll olundu. Bu, çox kobud səhv edi. Belə ki, Azərbaycan SSRİ-nin tərkibinə tamhüquqlu respublika kimi 1918-ci ildə elan edilmiş sərhəd çərçivəsində - heç bir muxtariyyətsiz və Dağlıq Qarabağla birlikdə daxil olub. DQMV yaradılmasına heç bir ehtiyac yox idi. Bunun səbəbkarları Ermənistan SSR-nin maraqlarını ifadə edən bolşevik-daşnaklar oldu. 65 il keçəcək və ermənilər ilə azərbaycanlılar arasında münaqişə elə qızışacaq ki, onu bu günədək həll etmək mümkün olmayacaq. Belə ki, bolşevik sistemi hər iki tərəfdən bir neçə nəsli öncədən bir-birinə qarşı nifrətə məruz qoydu.

Azərbaycan SSRİ-nin 1980-ci illərin sonunda regiondakı problemə Mərkəzin diqqətini yönəltmək cəhdləri nəticəsiz qalırdı. Çoxsaylı müraciətlərə cavab olaraq Sovet hökuməti “Udar” adlı əməliyyat hazırlayaraq onu yanvarın 20-də gecə həyata keçirdi. Partiyanın əhalinin bütün yaş hədləri üçün oktyabryat, komsomol, kommunist təşkilatları yaratmasına rəğmən, bu olay, SSRİ-nin süqutunun başlanğıcına təkan verdi. Hər bir sovet vətəndaşı az qala anadan olduğu gündən partiya üzvü idi. Sanki başqa cür mümkün deyildi. Lakin hər şey mümkündür. Tarix göstərdi ki, komsomol məktəbi və ideologiyası xalqın iradəsi qarşısında dayana bilmədi. “Qanlı yanvar” hadisələri nəinki azərbaycanlılar, eləcə də digər İttifaq ölkələrinin xalqlarının sovet quruluşu barədə yanıldığını üzə çıxardı . Böyük ölkədə xoşbəxtlik hamının payına düşmədi və yaxud hamı üçün öncədən nəzərdə tutulmamışdı. Hər-halda mənəviyyatı rədd edən ideologiya və dövlət quruluşu gec və ya tez iflasa uğrayacaq. Partiya Allah deyil.

Allah şəhidlərimizə rəhmət eləsin! 

Siyasi analitik Cavid Məmmədzadə

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı