Türkiyənin Elazığ bölgəsində baş vermiş dəhşətli zəlzələnin yaratdığı dağıntıların nəticələrini aradan qaldırmaq üçün Azərbaycanda xilasedicilər heyəti bölgəyə yola düşüb.
Eurasia Diary xəbər verir ki, azərbaycanlı xilasediciləri daşıyan təyyarə Elazığ aeroportunda yerə enib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubu Elazığda baş vermiş güclü zəlzələ ilə bağlı bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, ötən gün saat 20:55 radələrində Türkiyənin Elazığ vilayətinin Sivricə əyalətində 6,8 bal gücündə zəlzələ olub. Təbii fəalkət nəticəsində ölənlərin sayı 29-a çatıb, 1466 nəfər xəsarət alan var. Yaralılardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. İndiyədək 43 nəfər dağıntılar altından xilas edilib. Hazırda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.