Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.
Eurasia Diary-nin xəbərinə görə, bu barədə XİN mətbuat katibi Leyla Abdullayeva "Twitter" hesabında qeyd edib.
Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edir.