MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələrini ləğv etdi - YENİLƏNİB | Eurasia Diary - ednews.net

20 Sentyabr,


MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələrini ləğv etdi - YENİLƏNİB

Siyasət A- A A+

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib:

“Ümumilikdə məntqələrin sayı isə 40-dır”

İclasda həmin dairənin 21 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.(report)

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 33 saylı xətai birinci seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.

Eurasia Diary-nin xəbərinə görə, hazırda iclas davam edir.

Xatırladaq ki, bu dairənin lider namizədi Hüseynbala Mirələmovdur. (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...