ABŞ-da Azərbaycana qarşı təxribat xarakterli tədbir təşkil edilib.
Eurasia Diary xəbər verir ki, ABŞ Konqresinin otaqlarından birində 1990-cı ilin yanvarında SSRİ-nin son lideri Mixail Qorbaçovun himayə etdiyi sovet və xarici xüsusi xidmət orqanları və bilavasitə daşnak ermənilərin əli ilə 20 Yanvar qətliamına bəhanə qazandırmaq üçün təşkil edilmiş “erməni talanları”nın 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.
Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu barədə informasiyanı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti paylaşıb. Tədbirdə Konqresin Nümayəndələr palatasının ermənipərst üzvləri, Konqresin bəzi əməkdaşları, Amerikadakı erməni ictimai təşkilatlarının nümayəndələri, keşişlər və s. iştirak edib.