Azərbaycanın Türkiyəyə göstərdiyi dəstək əvəzsizdir - Türkiyəli diplomat | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


Azərbaycanın Türkiyəyə göstərdiyi dəstək əvəzsizdir - Türkiyəli diplomat

Siyasət A- A A+

Azərbaycanın Türkiyəyə hər sahədə göstərdiyi dəstək əvəzsizdir və heç şübhəsiz ki , Türkiyə bundan sonra da qardaş Azərbaycanı bütün sahələrdə dəstəkləyəcək.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan deyib.

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycan münasibətləri dövlət səyləri nəticəsində daha da möhkəmlənməkdədir: “Bu gün Azərbaycan və Türkiyəni tarixi və milli köklərlə yanaşı, eyni zamanda dünya əhəmiyyətli enerji, iqtisadi və nəqliyyat layihələri birləşdirir”.

Mətbuat katibi bildirib ki, Azərbaycan və Türkiyənin dünya əhəmiyyətli layihələrə imza atmasının başlıca səbəblərində biri də iki qardaş ölkədə olan stabillikdir. Bu da ölkə prezidentlərinin uğurlu siyasətinin bəhrəsidir.

Diplomatın sözlərinə görə, şübhəsiz ki, Azərbaycan və Türkiyənin uğurlarına kölgə salmaq istəyən qüvvələr də mövcuddur: "Bu qüvvələrdən biri də FETÖ terror təşkilatıdır. Bu gün FETÖ terror təşkilatı Türkiyə üçün başlıca təhlükələrdən birdir. Təşkilat qırx ildən çox müddətdə Türkiyənin müxtəlif qurumlarına sızmış və gizli fəaliyyət göstərmişdir. Bu terror təşkilat din adı ilə maskalanıb, əslində isə dinlə heç bir əlaqəsi olmayıb. Qardaş Azərbaycan FETÖ ilə mübarizədə də Türkiyəni tək buraxmayıb və hər cür dəstək göstərib. Dolayısı ilə Azərbaycan Türkiyənin FETÖ ilə mübarizəsində ən böyük dəstəkçilərdəndir".

H.Altınalan vurğulayıb ki, FETÖ sadəcə Türkiyə üçün deyil, eyni zamana bütün ölkələr üçün də real təhlükədir: "FETÖ mənsubları sızdıqları qurumlarda öz dövlətlərinin maraqlarını deyil, onlara dəstək verən və himayə edən dövlətlərin maraqlarına xidmət edirlər, özlərindən olamayan şəxslərə qarşı hər cür təxribat aparırlar. FETÖ üzvləri olduqları yerlərdə ölkə əleyhinə fəaliyyət göstərmək üçün ciddi fürsət gözləyirlər. Yalan, iftira və hiyləgərlik təşkilat mənsublarının xüsusiyyətlərindən sadəcə bəziləridir".

Türkiyəli diplomat hesab edir ki, artıq FETÖ üzvlərinin gücü azalıb, onlarla mübarizəyə ara verməmək və sona qədər mübarizə aparmaq lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...