"Hər bir şəxsin hüququ və həmin hüququn həddi var".
Eurasi Diary-nin məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. “Müəyyən məsələlərdə həddin keçilməsinə göz yumuruq. Biz heç vaxt deməmişik ki, blogerləri, müşahidəçiləri oradan çıxarın. Biz seçkilərin şəffaf keçirilməsinin tərəfdarıyıq”.
Komissiya sədri onu da qeyd edib ki,MSK fəaliyyətində hansısa maraq güdmür: "Seçki günü haqqında görüntülərin sosial şəbəkələrdə yayılması marağımızda olmasa buna imkan verməzdik: “Seçki Məcəlləsində bu yoxdur. Bu və ya digər formada müşahidəçilər və KİV nümayəndələri öz səlahiyyətlərini aşıb, komissiyanın fəaliyyətinə mane olublar. Amma biz yenə də zəng edib deməmişik ki, həmin müşahidəçiləri, jurnalistləri oradan çıxarın”.(modern.az)