ABŞ Konqresinin bir neçə üzvü martın 31-də işğal altındakı Qarabağ bölgəsində qondarma rejimin keçirəcəyi seçkilərə öz nümayəndələrini göndərəcək.
Eurasia Diary xəbər verir ki, bu barədə “Amerikanın Səsi”nin erməni xidməti məlumat verib. Konqresmen Frenk Pallonenin baş məsləhətçisi Ceyms Consonun regiona səfəri artıq təsdiqlənib. Bundan başqa, konqresvumen Ceki Spayer və Adam Şifin də öz nümayəndələrini Qarabağa müşahidəçi qismində göndərəcəyi gözlənilir.
Xatırladaq ki, martın 31-də işğal altındakı torpaqlarda “prezident və parlament seçkiləri” baş tutacaq.