Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəzi deputatlığa namizədlərin şikayətlərə baxılmaması ilə bağlı iddialarına münasibət bildirib.
Eurasia Diary xəbər verir ki, MSK sədri namizədləri qanunu pozmamağa çağırıb.
"Onlar qanunun tələblərinə əməl etməlidir. MSK qapısı açıq olan bir qurumdur. Bizə daxil olan şikayətlərin hamısını şəffaf şəkildə araşdırırıq. Ona görə də iddialar əsassızdır", - o qeyd edib. (report)