MSK Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar açıqladı | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


MSK Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar açıqladı

Siyasət A- A A+

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 23 saylı Nəsimi-Səbail seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 

Eurasia Dairy  xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Toğrul Vəliyev qeyd edib ki, səsvermənin nəticələri seçicilərin iradəsini tam əks etdirmir. 

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, yalnız 4 məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilməlidir. 

Beləliklə, 14,17,23,25 saylı məntəqələrin nəticələri etibarsız hesab edilib.

Qeyd edək ki, həmin dairədə lider namizəd  Ziyad Səmədzadədir. (qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...