Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni təyinatla bağlı fərman imzalayıb.
Eurasia Diary xəbər verir ki, fərmanda Ülvü Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edildiyi göstərilir.
Qeyd edək ki, Ülvi Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı Sərəncamla "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.