Özbəkistan sakini olan erməni əsilli Tiqran Kamalyan öz Facebook səhifəsində ölkəmizə dəfələrlə səfərlər edən və erməni millətçiliyinə dair kitabları ilə tanınan özbək tarixçisi və ictimai xadimi Şöhrət Barlasın, eləcə də Azərbaycan əleyhinə təhqiramiz fikirlər söyləyib.
Qeyd edək ki, Ş.Barlasın son kitabı erməni daşnaklarının azərbaycanlıların və özbəklərin soyqırımında fəal iştirakına həsr edilibdir.
"Mən erməni hüquqşünaslarımızı bu saxta tarixçi Şöhrətt Salamova qarşı Özbəkistan məhkəmələrində iddia qaldırmağa çağırıram. Bəzən insanlar onlarda etnik nifrət oyandıran Barlasa abunə olur" deyə Kamalyan facebook səhifəsində yazıb.
Bundan əlavə, o facebook-da yazdığı şərhində Özbəkistan vətəndaşlarını ermənilərin daşnakları dəstəkləmədiklərini və Sovet Rusiyasının tərəfində olan Türküstanın müstəqilliyinə qarşı vuruşmadığına inandırmağa çalışır.
Erməni Tiqran Kamalyan öz xislətinə uyğun olaraq tarixçi Şöhrət Barlasa və Azərbaycana qarşı təhqiramiz ifadələr söyləməkdən də çəkinməyib:
"Öz özbək soyunu itirmiş Şöhrət Salamov adlı gədə, indi də Azərbaycan ailəsinin qucağına yıxılıb imdad diləyir. Özbəklər, onu yerə yıxın. Bir özbəyin gedib azərbaycanlının ayaqları altına yıxılıb yaltaqlanması ayıbdır. Erməni daşnaklarının 1918-ci ildə Fərqanədə təşkil etdiyi qırğınla əlaqədar hansı cəfəngiyatı uydurur, o? Həmin illərdə Fərqanədə daşnaklar olmayıb. Daşnaklar orada yalnız 1921-ci ilin sonlarında meydana gəldilər. Bolşeviklər və Türklər Ermənistan Respublikasını məğlub etdikdən sonra. Bunu babalarımın və nənələrimin sözlərinə istinadən söyləyirəm. O, nə cəfəngiyat danışır" deyə yazıb.