Türkiyə prezidenti Ərdoğan Azərbaycana səfəri öncəsi paytaxt Ankarada jurnalistlərin suallarını cavablandırıb.
Eurasia Diary Hüriyyətə istinadən bildirir ki, Ərdoğan Azərbaycanla bağlı əlaqələri daha da gücləndirmək, Azərbaycan tərəfindən Türkiyəyə qoyulan investiyaların həcminin artmasını istədiyini bildirib.
Ərdoğan: "Ölkəmizin Azərbaycandakı birbaşa investisiyalarına baxdığımız zaman 11 milyard dollara çatır. Azərbaycanın Türkiyədəki investisiya həcminin bu ilin sonuna qədər 20 milyard dollara çatacağını düşünürük".