Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB - FOTOLAR | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB - FOTOLAR

Siyasət A- A A+

Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Eurasia Diary xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulandı.

Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

*** 

Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...