Prezident fərman imzaladı | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Prezident fərman imzaladı

Siyasət A- A A+

 Azərbaycan Respubilkasının prezidenti İlham Əliyev fərman imzalayıb.

Eurasia Diary-nin məlumatına görə  “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə”  fərman imzalanıb. 

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027; 2015, № 9, maddə 1015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 772, № 8, maddə 1521; 2018, № 2, maddə 175; 2019, № 9, maddə 1487) 2-ci hissəsinə “Azərbaycan Respublikasının müdafiə sənayesi naziri” abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının fövqəladə hallar naziri”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2020-ci il.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...