Eurasia Diary xəbər verir ki, Ermənistanın Hraparak qəzeti bu məlumatı dünən əldə edib, lakin axsam radələri olduğu üçün rəsmi təsdiq və ya təkzib ala bilməyiblər.
"Mənbədən alınan məlumata görə, Rusiya hakimiyyəti qondarma rejimin xarici işlər naziri Masis Mayilyan və rejimin keçmiş müdafiə naziri Samvel Babayanın 5 il müddətinə Rusiyaya girişini məhdudlaşdırmaq barədə qərar qəbul edib. Bu qərarın əsasında siyasi, bəlkə də hüquqi amillər dayanır. Biz yazılı sorğu göndərdik və məlumat əldə edən kimi dərc edəcəyik", qəzet bildirib.