"İcrada və bütün dövlət orqanlarında təmizləmə işi davam davam edəcək. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində çalışmaq istəyirsə onun niyyəti də, əməli də təmiz olmalıdır. Əgər hansısa biri özündə bu keyfiyyətləri görmürsə dövlət işindən özü getsin ki, sabah bədbəxt olmasın!"
Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ötən gün Milli Məclisin ilk plenar iclasında çıxışı zamanı bildirib.
Qeyd edək ki, çıxışdan bir gün keçməmiş Dövlət Gömrük Komitəsinin bir neçə yüksək vəzifəli əməkdaşı həbs edilib.