Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsində şəhid olan Ağdam batalyonunun komandiri Allahverdi Bağırov işğal altındakı torpaqda dəfn olunub. Bağırovun erməni dostu olan Razmik Petrosyan onun təsviri və qəbirüstü yazıdan ibarət olan məzar daşına qulluq edib.
Qarabağda yaşayan erməni siyasətçilər Dağlıq Qarabağda Azərbaycanın qəhrəmanına abidə qoyulmasının məqsədəuyğun olub-olmaması məsələsini qaldırıblar. "Kavkazskiy uzel"in blogeri David yazır ki, yüksək rütbəli məmurlarımız qalmaqalın yarandığını biləndə, onlardan biri qeyri-rəsmi olaraq məzar daşının meydana gətirilməsinə göstəriş verib və nümayişkəranə şəkildə parçalayıb.
"Bu məzar daşının quraşdırılması üçün əvvəlcədən kimin göstəriş verdiyini və daha sonra onu hissələrə parçalamağı əmr edənin kimliyi hələ də məlum deyil. Məzar daşının dəyərini ödəyən şəxs qəzet vasitəsi ilə üzr istəyib", deyə bloger bildirib.