Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelin Rusiyanın Baş prokuroru İqor Krasnova müraciət edib.
"EDNews" xəbər verir ki, müraciət “Çarqrad” telekanalında jurnalist Vladimir Xomyakovun “Ruslar getməyin, bizə fahişlər və qullar lazımdır” (Русские не уезжайте, нам нужны рабы и проститутки) adlı qalmaqallı məqaləsinə görə ünvanlanıb.
Deputat Azərbaycanda ruslara qarşı guya qərəzli münasibətin iddia olunduğu məqaləni dezinformasiya adlanıdırıb və ölkədə heç vaxt ruslarla azərbaycanlılar arasında etnik zəmində qarşıdurmanın olmadığını diqqətə çatdırıb.
“Azərbaycanın Rusiya icması məsələyə diqqətlə yanaşmanızı və bu təxribatçı yazı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinə uyğun pozuntuların olub-olmamasını araşdırmağınızı xahiş edir”.
Xatırladaq ki, Mixail Zabelin 34 saylı Xətai ikinci seçki dairəsinin deputatıdır.