Bu gün Milli Məclisin plenar iclasında qanunvericilik işlər planı ilə bağlı müzakirədə çıxış edən deputat Qüdrət Həsənquliyev qeyd edib ki, yaz sessiyasında ciddi qanun layihələrinin müzakirə ediləcəyi gözlənilir:
“İlk dəfədir ki, Milli Məclisdə Prezidentin tövsiyəsi ilə azlıqda qalan tərəf parlament idarəçiliyində təmsil olunur. Parlamentin komitələrini yenidən müzakirə etməliyik. Bəzi komitələri birləşdirə, bəzi yeni komitələr yarada bilərik. Belə komitələrdən biri Qarabağ komitəsi ola bilər. Eyni zamanda işğal edilən ərazilərimiz haqqında qanun layihəsinin qəbuluna, həmçinin deputat statusu haqqında qanunun yenidən müzakirə edilməsinə ehtiyac var”.