Sahibə Qafarovanın deputatları iclas zalından çıxara bilər - Yalnız bu halda.. | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


Sahibə Qafarovanın deputatları iclas zalından çıxara bilər - Yalnız bu halda..

Siyasət A- A A+
Milli Məclisin sədri Sahibə Qafarovanın deputatları iclas zalından çıxarmaq hüququ var. Oxu.Az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir. Milli Məclisin iclaslarında iştirak edənlər parlament etikasını gözləməlidirlər. Onlar Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, iclasın normal gedişini və iş qaydasını pozmamalıdır. İnsanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdırlar. Əks təqdirdə Milli Məclisin iclasına sədrlik edən (Parlament sədri, Milli Məclis sədrinin birinci müavini və digər vitse-spikerlər) parlament etikasını gözləməyənlərə xəbərdarlıq edir. Təkrar pozuntuya yol verilərsə, bütün iclas günü ərzində həmin şəxsi sözdən məhrum edə və bunu iclasda elan edə bilər. Özünü bu tərzdə aparmaqda davam edən şəxs Milli Məclisin iclasına sədrlik edənin göstərişi ilə iclas salonundan çıxarıla bilər. İclasın iş qaydasının pozulması ilə əlaqədar bütün hallar Milli Məclisin iclasının protokolunda qeyd olunur

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...