Qondarma DQ respublikasında seçkilər əhali koronavirus təhlükəsilə üz-üzə

Siyasət 22:03 30.03.2020

Martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma Dağlıq Qarabağ Respublikasında prezident və parlament seçkiləri keçirilir. Adı gedən respublikada prezident seçkilərinə 14 nəfər namizədliyini irəli sürüb.  Erməni xəbər agentliklərinin verdiyi məlumata görə prezident seçkilərinə namizədliyini irəli sürmüş şəxslərdən yalnız üç nəfər arasında rəqabət güclüdür.  Həmin şəxslər: qondarma respublikanın xarici işlər naziri Mayis Malilyan, qondarma respublikanın sabiq baş naziri Arayik Harutinyan və müharibə veteranı Vitali Balasanyandır. 

EDNews Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejim tərəfindən keçirilən seçkilər zamanı bu bölgədə koronavirusun yayıla bilmə təhlükəsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib. 

Dünyanın 170-dən çox ölkəsini təlatümə salan COVID-19 virusu Cənubi Qafqaz ölkələrindən də yan ötməyib. Xüsusilə Ermənistan barədə verilən rəsmi məlumatlara görə koronavirusa yoluxanların sayı ölkədə 482-ni ötüb. Qonşu Gürcüstanda da 98 nəfərin yoluxduğu bildirilir.  Koronavirusun qarşısının alınması ilə əlaqədar Gürcüstanda və Ermənistanda fövqəladə vəziyyət elan olunub. Azərbaycanda isə buna daha çox ciddi yanaşılaraq sərt karantin rejimi tətbiq edilib.  

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda koronavirusun tez bir zamanda yayılma ehtimalı var.  Qondarma rejimin nümayindələri bu ərazilərdə koronavirusa yoluxma faktının qeydə alınmadığını və ciddi karantin tədbirləri görüldüyünü bildirsələr də, ayrı mənbələrdə həmin ərazilərdə virusa qarşı mübarizə üçün tibbi ləvazimat və normal tibbi şəraitin olmadığı bildirilir.  

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev qeyd edib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri Dağlıq Qarabağda kəskin respirator infeksiya və pnevmaniyaya yoluxmuş şəxslərin sayının artmasıdan, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyətdə olmasından, testlərin olmamasından, tibbi heyətin çatışmamasından şikayətlənirlər. 

Bu məsələylə bağlı təkcə Azərbaycan tərəfi deyil, hətta erməni tərəfi də öz ciddi narahatlığını bildirir. Belə ki, erməni politoloq Riçard Qriqonyan sabah qondarma DQ-da keçirilməsi planlaşdırılan seçki prosesi ilə bağlı sosial şəbəkədə yazdığı statusunda belə deyib:  

“31 mart tarixində Dağlıq Qarabağda prezident və parlament seçkilərinin keçirilməsi ciddi səhvdir və narahatlıq doğurur. Səsvermə prosesi infeksiya təhlükəsini artırır, çünki çox sayda insan səs verməyə gələcək. Karantin tətbiq etmək əvəzinə seçkilərin keçirilməsi nəyinki məsuliyyətsizlikdir, hətta təhlükəlidir. Həmçinin Dağlıq Qarabağda erməni qoşunları infeksiyaya və virusa qarşı həssasdır. Hərbiləşdirilmiş region olan Qarabağda potensial təhlükə nəzərə alınmır. Qarabağda virusun yayılması  Ermənistanın pandemiyanın ikinci dalğası ilə üzələşməsinə gətirib çıxara bilər.”

Erməni politoluqun bu fikirlərinə haqq qazandırmaq olar. Ona görə ki, koronavirus hava yolu ilə yayılır.  Səsvermədə insanlar bir araya toplaşmaqla virusun yayılmasına şəriat yaradırlar. Hətta Ermənistanın özündə belə aprelin 5-də nəzərdə tutulmuş  referendum təxirə  salınıb. Paşinyan hökümətinin rəsmiləri də seçkilərin təxirə salınması üçün qondarma DQ-yə çağırış ediblər. 

Ermənistanın Azadlıq Radiosunun verdiyi məlumata görə qondarma Dağlıq Qarabağda keçirələcək seçkilərin monitorinqində Ermənistandan xeyli sayda müşahidəçi iştirak edəcək.  DQ-nin erməni icmasının bəzi üzvləri hesab edirlər ki, Ermənistandan olan müşahidəçilərin çağırılması virusun yayılma təhlükəsinin arta bilməsində ayrıca bir riskdir. 

Qondarma respublikada virus yayılarsa Azərbaycan nə kimi tədbirlərə hazırdır...

Dağlıq Qarabağda koronavirusun yüksək sürətlə artıdığı və Qarabağ ermənilərinin ağır vəziyyətə düşdüyü təqdirdə Azərbaycanın hansı addımları atacağı ciddi şəkildə müzakirə olunur.  

Bu barədə tanınmış ekspert, politoloq və Milli Məclisin deputatı Rasim Musabəyov EDNews-a açıqlama verib.  Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağda koronavirusla bağlı yalnız bəyanat verə bilər. 

“Qısaca deyə bilərəm ki, mövcud şəraitdə Dağlıq Qarabağda yaşayan ermənilərə biz tərəfdən yardım etmək reallıqdan uzaqdır. Təbliğat baxımdan bu söylənə bilər. Yaddan çıxmasın ki, təmas xəttində bizim əsgərlərimiz ermənilər tərəfindən nişan altında dururlar.” 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Əziz Əlibəyli isə qeyd edir ki,  Dağlıq Qarabağ erməniləri Ermənistanda nəyin baş verməsindən çox narahatdırlar. 

“Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ erməniləri Ermənistana olan ümidlərini itirib. Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın artıq nüfuzunu və təsirini görürlər. Qarabağ erməniləri başa düşürlər ki, Azərbaycan vətəndaşı olmaq daha sərfəlidir, nəyinki kölə vəziyyətinə düşmüş Ermənistanın təsiri altında olmaq,”- deyə Ə.Əlibəyli bildirib.  

Ekspert daha sonra əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və oradakı ermənilər Azərbaycan vətəndaşlarıdır. 

“Dağlıq Qarabağda yaşayan ermənilər birmənalı Azərbaycan vətəndaşları sayılır. Azərbaycan bu və ya başqa formada Dağlıq Qarabağdakı vətəndaşlarının müraciətlərinə cavab verməlidir,”- o, belə vurğladı. 

Bundan əlavə Qafqaz Siyasi Analitik Mərkəzinin direktoru Əhməd Əlili də bu məsələ barədə ətraflı şərh verib: 

“Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ ermənilərini öz vətəndaşı kimi qəbul edir.  Azərbaycan rəsmiləri bütün beynəlxalq danışıqlar proseslərində Dağlıq Qarabağ ermənilərinin yenidən Azərbaycanın tərkibində yaşaması üçün heç bir problemin olmadığını daima vurğulayıb. Azərbaycan bu məqamdan istifadə edib göstərə bilər ki, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və sağlamlığının qorunmasına dəstək ola bilər. Nəzərə almaq lazımdır ki, regionda praktiki olaraq Gürcüstan tərəfi oxşar addımı atıb. Gürcüstan öz imicini qaldırmaq üçün Prezident Zurabişvili adından Ümumdünya Səhiyyə Təşkilatına səslənərək Abxaziyada və Cənubi Osetiyada prosesləri nəzarətə götürülməsini tələb edib. Gürcülər fəxrlə deyirlər ki, onlar bu ərazilərdə yaşayan əhalinin hüquqlarını qorumağa hazırdılar. Azərbaycan da belə bir addım atarsa, ölkəmizin imicinə müsbət təsir ola bilər.”  

Siyasi analitik onu da qeyd edib ki, Beynəlxalq Təşkilatlar Azərbaycanın icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərə bilməzlər. Dağlıq Qarabağ erməniləri və Ermənistan bunu bilirlər.  

“Ümumdünya Səhiyyə Təşkilatının belə bir məqamda Dağlıq Qarabağda fəaliyyət göstərməsi üçün Azərbaycanın icazəsi lazımdır. Belə olan halda Qarabağda yaşayan ermənilər görəcəklər ki, bu ərazidə bütün işlər və tədbirlər Bakının icazəsi ilə həyata keçirilir və Bakının razılığı ilə Ümumdünya Səhiyyə Təşkilatı onlara yardım göstərir. Qarabağ erməniləri onların taleyinin həll olunmasında Azərbaycanın rolunun olduğunu başa düşəcəklər,” – deyə ekspert belə vurğulayıb. 

Bundan əlavə, Dağlıq Qarabağ Azərbaycan icmasının sədri Tural Gəncəliyev Qarabağ ermənilərinin koronavirus təhlükəsindən qorunmaq üçün Azərbaycana müraciət etmələrini çağırıb. T.Gəncəliyev bildirib ki,  Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ Ermənistanın işğalından azad edildikdən sonra Dağlıq Qarabağda səhiyyə strukturu yenidən qurula bilər. 

Yunis Abdullayev

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
Hamısı