Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan koronavirus pandemiyası və Qarabağdakı son vəziyyətlə bağlı ölkə ictimaiyyətinə müraciət edib.
EDNews xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, eks-prezident öz müraciətində pandemiya ilə qarşı mübarizədə birliyə və Paşinyan hakimiyyətinə qarşı tənqidləri sonraya saxlamağa çağırıb.
6 maddədən ibarət təkliflərində L.Ter-Petrosyan Qarabağda qanunsuz “seçki”lərlə bağlı yaranmış vəziyyətə də toxunub.
“Qarabağdakı seçkilər ətrafında iğtişaşlara son qoymaq üçün ən qısa müddətdə yeni hakimiyyət orqanlarını yaratmaqla respublikaya tam nəzarəti təmin etmək gərəkdir”-deyə sabiq ölkə başçısı bildirib.(moderator.az)