Koronavirus fəlakəti Qarabağa da çatdı - Seçkilərdən sonra... | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Koronavirus fəlakəti Qarabağa da çatdı - Seçkilərdən sonra...

Siyasət A- A A+
Aprelin 7-də Azərbaycanın işğal altındakı Qarabağ ərazisində koronavirusa ilk yoluxma halı təsdiq olunmuşdu.
 
EDNews.net Modern.az-a istinadən xatırladır ki, Ermənistanın Artaşat rayonunda yaşayan 1947-ci il təvəllüdlü qadın qondarma rejimdə baş tutacaq “prezident və parlament seçki”lərinə görə martın 30-da Qarabağa gətirilmişdi.
 
Ermənistanda yaşasa da, Laçın rayonunu Mirik kəndində qeydiyyatda olan qadın martın 31-də keçirilən qondarma seçkilərdə iştirak edərək, 20 şəxslə təmasda olub, virus təsdiq olunana qədər bir müddət sərbəst hərəkət edib.
 
Qarabağdakı qondarma “parlamentin” üzvü Ayk Hanumyan həmin qadının qəsdən Ermənistandan Azərbaycanın işğal altındakı ərazisinə gətirildiyini deyib.
 
“Faktiki olaraq, Ermənistandan yaşayan həmin qadın qəsdən Laçının Mirik kəndinə gətirilib. Onu “seçki”lərdə iştirak etməsi üçün gətirmişdilər. Hazırda Mirik kəndi karantindədir. Amma qadının sıx ünsiyyətdə olduğu gəlini qonşu Bozlu kəndində səs verib. Ona görə də, virusun artıq qonşu kəndə, oradan isə Laçına keçməsi istisna deyil”.
 
Hanumyan qondarma rejimdə “prezident seçki”lərinin ikinci turunun keçiriləcəyi təqdirdə koronavirusun Laçın ərazisindən Qarabağın digər rayonlarına da keçəcəyini proqnozlaşdırır. O, rəsmi Yerevanın koronavirus pandemiyası zamanı Qarabağda qondarma seçkilərin keçirilməsinə razılıq verməsini də “səhv addım” adlandırıb.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...