Pakistanın nüfuzlu gündəlik onlayn qəzeti olan "National Herald Tribune" Dağlıq Qarabağda keçirilən qanunsuz erməni seçkilərinə yenidən toxunub. Qəzetin ön səhifəsində dərc olunan məqalədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qeyri-qanuni erməni əməlləri sərt şəkildə tənqid edilib.
Qeyd edək ki, Pakistan Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal olunmasını tanıyan ilk ölkələrdən biridir.
EDNews.net məqalənin tam mətnini sizlərə təqdim edir:
---
Pakistan işğal olunmuş Dağlıq Qarabağdakı seçkiləri qanunsuz sayır
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir
Pakistan ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı seçkiləri qanunsuz elan edib. Bunu Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Aişə Faruqi dünən keçirilən mətbuat brifinqi zamanı belə dedi:
31 mart 2020-ci ildə Azərbaycan Respublikasının erməni işğalı altında olan Dağlıq Qarabağ ərazisində keçirilən prezident və parlament seçkiləri beynəlxalq normaların açıq şəkildə pozulmasıdır.
Seçki beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tamamən açıq ziddir. Bu, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair danışıqlar prosesinə maneə törətmək cəhdi kimi qəbul edilir.
Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir.
Məqalənin orijinal mətnini bu LİNK vasitəsilə əldə edə bilərsiz.