Avropa İttifaqı qondarma “dqr”də, yəni Azərbaycanın işğal edilmiş ərazilərində hərbi iştirakını planlaşdırmır. Çünki bu bölgəni beynəlxalq hüququn subyekti kimi tanımır.
EDNews.net xəbər verir ki, bu barədə erməni jurnalistlərə Avropa İttifaqının Yerevandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorin bildirib.
Səfir bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağı beynəlxalq hüququn subyekti kimi tanımadığına görə orada öz missiyasını aça və münaqişədən zərər çəkən insanlara kömək edə bilməz. Diplomat münaqişənin hərbi həllinin “mövcud olmadığını” deyib və tərəfləri beynəlxalq hüquqa uyğun siyasi həll yolu tapmağa çağırıb.(virtualaz.org)