Azay Quliyev ATƏT PA-da çağırış etdi: “Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluqdan azad olunmalıdır”

Siyasət 11:22 16.05.2020
ATƏT Parlament Assambleyası “COVID-19-un ATƏT regionundakı münaqişələrə təsiri” mövzusunda vebseminar keçirib.
 
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxış edərək səfir Tuula Yrjölanı ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.
 
Azay Quliyev çıxışında bir sıra vacib məqamlara toxunub. ATƏT PA-nın vitse-prezidenti ilk olaraq BMT-nin Baş katibi Antonio Quterreşin qlobal səviyyədə atəşkəsin bərqərar olunmasına dair çağırışına münasibət bildirib. Azay Quliyev deyib ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyir və hesab edir ki, atəşkəs münaqişənin dondurulması və ya status-kvonun gücləndirilməsinə deyil, yalnız münaqişənin həlli məqsədinə xidmət etməlidir. Odur ki, əks tərəfin Baş katibin çağırışını dəstəkləyən bəyanatları həm də yerində və ən əsası danışıqlar masası arxasında real fəaliyyətlə müşayiət olunmalıdır.
 
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, ikinci mühüm məsələ COVID-19 pandemiyası ilə əlaqədar olaraq beynəlxalq uçuşlara qoyulan məhdudiyyətlərin vasitəçilik fəaliyyətinə təsiri ilə bağlıdır: “Hər birimiz nəzərə almalıyıq ki, münaqişənin sürətli eskalasiyasına dair real risklər COVID-19-dan deyil, münaqişənin həlli prosesindəki davamlı durğunluqdan qaynaqlanır. Düşünürəm ki, müvəqqəti beynəlxalq uçuş məhdudiyyətləri beynəlxalq vasitəçilərin mandatlarını icra etmələrinə maneə törətməməlidir. Əksinə, mövcud şərait münaqişədən zərər çəkən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına tam hörmət əsasında münaqişələrin həll olunmasına əlavə təkan verməlidir. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti üçün xüsusilə vacibdir”.
 
Azay Quliyev deyib ki, üçüncü məsələ cari vəziyyətin münaqişədən zərər çəkən ölkələrin əhalisinə təsiri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, COVID-19 qanunsuz güc istifadəsi nəticəsində yaranan vəziyyəti beynəlxalq hüquq normalarına əsasən dövlətlərin qanuni tanımaması öhdəliyinə təsir göstərmir və bu vəziyyətin qorunmasına yardımın ayrılması üçün heç bir səbəb doğurmur: “Həmrəylik çağırışlarına əsaslanaraq, hesab edirəm ki, COVID-19 pandemiyasına qarşı mübarizə siyasiləşdirilməməlidir. Yuxarıda qeyd etdiklərim əsir və girovlarla bağlı vəziyyətə də şamil olunmalıdır”.
 
ATƏT PA-nın vitse-prezidenti çıxışında vurğulayıb ki, Ermənistanın girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi xüsusilə koronavirus pandemiyası dönəmində Azərbaycan xalqında ciddi narahatlıq doğurur: “Çox narahatlıqla bildirirəm ki, bu iki azərbaycanlı mülki şəxs 6 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz girov saxlanılır, onların sağlamlıq durumlarını ciddi şəkildə ağırlaşdıran işgəncələrə və qeyri-insani rəftarlara məruz qalır.
 
Təəssüf ki, Azərbaycanın müvafiq təşəbbüslərinə baxmayaraq Ermənistan hələ də rəsmi Bakının əsir və girovların “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifinə dürüst ölkəyə xas olmayan şəkildə məhəl qoymur.
Fürsətdən istifadə edib səfir Tuula Yrjöladan xahiş edirəm ki, müvafiq beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq bütün əsir və girovların təhlükəsiz şəkildə geri qaytarılması məsələsini öz fəaliyyəti zamanı daim diqqət mərkəzində saxlasın”.
 
Azay Quliyev bildirib ki, dövlətlər, beynəlxalq təşkilatlar və bütün digər maraqlı tərəflərin humanitar yardım tədbirləri yalnız humanitar xarakter daşıyır və neytrallıq, qərəzsizlik və münaqişədən zərər çəkən dövlətlərin razılığı prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, eləcə də dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmət çərçivəsində həyata keçirilməlidir.
 
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri koronavirus pandemiyasının misilsiz miqyasda yayılmasına və ümumilikdə ictimai qaydaların və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olmasına baxmayaraq martın 31-də Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə keçirilən qondarma "seçkilər" məsələsinə də münasibət bildirib. Azay Quliyev deyib ki, məhz bu "seçkilər"dən dərhal sonra işğal edilmiş ərazilərdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb: “Bu, uzaqgörənliyi olmayan siyasətin ictimai səhiyyəyə necə təhlükə yarada biləcəyinin klassik nümunəsidir. Bildiyiniz kimi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki bu qanunsuz və qondarma “seçkilər” ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla bütün beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə rədd edildi. Bu bir daha göstərdi ki, Ermənistanın işğalçılıq siyasətinin siyasi perspektivləri yoxdur və Ermənistan bunu ən tez zamanda anlamalıdır”.
 
ATƏT PA-nın vitse-prezidenti koronavirus böhranının insan hüquqlarının pozulması üçün sui-istifadə edilməməsinin əhəmiyyətini qeyd edən və beynəlxalq səviyyədə tanınmamış Dağlıq Qarabağ və Abxaziyada keçirilən qondarma “seçkilər”in qanunsuz olduğunu və ictimai səhiyyəyə təhlükə yaratdığını vurğulayan ATƏT Parlament Assambleyası Bürosunun üzvlərinə təşəkkürünü bildirib.
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO

Xəbər xətti

ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Hamısı