İran-Pakistan sərhədində hansı təhdidlər var? Ekspert Şərhi

Siyasət 17:46 18.05.2020

İran və Pakistan sərhəddinə nəzarətin itirilməsi təhlükəsizlik problemləri yaradır. Son illərdə hər iki tərəfin səlahiyyətliləri tərəfindən təhlükəsizliyin qorunmasına dair ümumi yanaşma mövcuddur. 

"Sərhəd təhlükəsizliyinin əsas problemi sərhədin keçdiyi Bəlucistan bölgəsi ilə bağlıdır", İranşünas politoloq İqor Pankratenko EDNews.net-ə açıqlamasında bildirib.

İqor Pankratenko Rusiya Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzi sədrinin müavinidir.

O, bu bölgəni sosial və iqtisadi cəhətdən inkişaf etməmiş, sivilizasiyadan uzaq "vəhşi ərazi" adlandırıb:

"Bunda bölgədə məskunlaşan qəbilənin də rolu az deyil. Yoxsulluğun yüksək həddə olmasından əlavə sanki burada zaman durub. Nəticədə, qaçaqmalçılar, narkotik ticarəti, ekstremizm və separatizm üçün əlverişli şərait yaranıb”, -deyə Pankratenko əlavə edib.

O bildirib ki, Bəlucistan ekstremist sünni qruplaşmaların həyata keçirdiyi narkotik ticarəti, qaçaqmalçılıq və terrorçu fəaliyyətlər üçün əlverişli tranzit bölgədir. Separatçıların şüarı "vahid və bölünməz Böyük Bəlucistan"dır.

Bu işdə məsuliyyət daşıyan tərəfin kim olduğu sualına cavabında İ. Pankratenko hər iki tərəfin məsuliyyət daşıdığını bildirib.

“Mən bu problemi "Pakistanın” və ya “İranın” problemi olaraq ayırmazdım. Səylərə gəlincə, burada sərhədlərin qorunması fərqli üsullarla həyata keçirilir. Pakistan mühafizəçi patrul dəstələrindən istifadə edir, İran isə sərhəd boyunca 700 kilometrə qədər uzanan qalınlığı bir metr və üç metr hündürlüyündə beton divardan ibarət mühəndis istehkam sistemini qurur".

Politoloqun sözlərinə görə, İran və ya Pakistan sərhədçiləri cinayətkarları təqib etmək üçün qonşu ölkənin ərazisinə 10 kilometrə qədər daxil olmaq barədə razılığa gəlməyə hazırdır və daim buna hazır olduqlarını nümayiş etdirirlər.

“Tehran və İslamabad arasında sərhəd mübahisələri və ərazi iddiaları yoxdur. Bu o deməkdir ki, sərhədlərini sıx qarşılıqlı əlaqələr vasitəsilə qorumaq niyyətindədirlər”, -deyə İqor Pankratenko fikrini tamamlayıb.

Müsahibəni aldı: Ülvi Əhmədli

Tərcümə etdi: Gülnar Səlimova

Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO

Xəbər xətti

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
10:55 18.04.2024
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un SATILACAQ
10:50 18.04.2024
Yeni qanun qadınlara təzyiqi artıra bilər
Yeni qanun qadınlara təzyiqi artıra bilər
10:45 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
10:35 18.04.2024
Umud Mirzəyev: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini anbaan gözləyirdim”
10:30 18.04.2024
Satanovski: Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu başa çatıb
10:20 18.04.2024
Teslanın Hindistan planı
Teslanın Hindistan planı
10:15 18.04.2024
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
10:13 18.04.2024
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Hamısı