Ermənişünas alim Paşinyanın Rəsulzadə haqda iftirasına faktlarla cavab verdi | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


Ermənişünas alim Paşinyanın Rəsulzadə haqda iftirasına faktlarla cavab verdi

Siyasət A- A A+
Almanlar əslində Məmmədəmin Rəsulzadəni öldürmək istəyiblər. Paşinyan faşist babası ilə fəxr edir
 
Mən bu yazıya erməni yazıçı Vahe Avetyana verilən bir suala onun verdiyi cavabla başlamaq istəyirəm. Avetyandan soruşurlar: 
 
-Siz nasistsinizmi?
 
Cavabı maraqlıdır:
 
- Əlbəttə. Mən Ermənistanda doğuldum, orada böyüdüm, məni ermənilər tərbiyə etdilər. Başqa cür necə ola bilər? Ona görə də mən nasistləri, faşistləri və digər murdarları dərhal, anında tanıyıram!”
 
Avetyanın nəzərdə tutduğu o nasistlər faşist görüşlü adamlar kimlərdir? Mübaliğəsiz demək olar ki, onlar Ermənistan hakimiyyətində olan bütün şəxslər. Və Erməni toplumunun bütün kəsimleri... Njdeyə heykəl qoyulmasını təqdir edən hər kəs! Njdenin irqçi Tsexakronizm ideologiyasını özünün Partiyasına və bütün erməni dövlətinə ideologiya olaraq qəbul etmiş Serj Sarkisyan və onun davamçısı olan Nikol Paşinyandır. Bir narıncı inqilabla hakimiyyəti ələ keçirən Nikol Paşinyan indi irqçilərin başında gəlir. 
 
Babası Nikol Paşinyanın faşist olduğu ortaya çıxandan sonra narahat olan bu şəxs Azərbaycanı, onun Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadəni almanlarla əməkdaşlıqda ittiham edir. Bu bədbəxt bilmir ki, almanlar Məmmədəmin Rəsulzadəni öldürmək istəyiblər. Ən dəhşətlisi odur ki, Njde ilə Rəsulzadəni eyniləşdirir. Rəsulzadə heç vaxt Alman faistləri ilə əlaqədə olmamışdır. Amma Njde onlarla əməkdaşlıq etdiyinə görə həbs edilmiş, 25 il azadlıqdan mərhum edilmiş və həbsxanada da ölmüşdür. 
 
 Bu, Qaregin Njde ilə bağlı verilən ittihamdan bir parçadır. Məgər ermənilər onun kim olduğunu bilmirlər?
 
“...Müttəhim Q. Ter-Harutunyan Sovet İttifaqının barışmaz düşməni kimi, 1941 ci ildə özünün yaxın tanışı olan alman agenti Burev Semyon İvanoviçin vasitəsilə alman kəşfiyyat və əks kəşfiyyat orqanlarının Balkanlardakı rəhbəri "Doktor Delius" təxəllüslü Vagner Otto ilə əlaqə yaradaraq, onun tapşırığı əsasında Buxarest, Varna, Plovdiv, Sliven, Şumen şəhərlərində olub, və burada SSRİ – yə qarşı istifadə üçün adamların seçilməsi və almanlara təqdimatı ilə məşğul olub.(Cild I səhifə NN 22-29, 31-33, 37-44, 45-48, 66, 68-88, 93, 157, 208-302, II cild səhifə NN 192-195, 311, 318, 320, 327, 332, 352). Bundan sonra Harutyunyan alman kəşfiyyatçısı mayor Drummun göstərişi ilə 1942 ci ilin payızında Berlində olmuşdur. Özünün köməkçisi olan Asatryan Hayk ("Smerş" tərəfindən həbs olunmuşdur) vasitəsilə, Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə göndərmişdir, burada onlar Xoxenbande kəndində yerləşən kəşfiyat-təxribat məktəbində təlim keçərək Krıma göndərilmişdilər, onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşfiyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi, alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar üsyan qaldırmalı idilər. (Cild I səhifə NN 1574, 155, 158-165; Cild II səhifə NN 49-51, 59-62). 1943 cü ilin avqustunda Qaregin Ter-Harutyunyan Krıma qələrək, yuxarıda qöstərilmiş kəşfiyyatçı-təxribatçıların qarşısında çıxış edərək, onları almanların bütün göstərişlərini yerinə yetirməyə çağırmışdır. (Cild II səhifə NN 309, 310). Müttəhim Ter – Harutyunyan Almaniyanın işğal olunmuş şərq əraziləri nazirliyinin yaratdığı "Erməni Milli Şurasının" tərkibinə daxil olur, şuranın məqsədi Almaniyaya SSRİ- yə qarşı mübarizədə yardım etmək və Ermənistanda Almaniyanın protektoratı ilə millətçi-burjua hökumətinin qurulmasına nail olmaq idi. (Cild I səhifə NN 69-71 Cild I səhifə NN 245-248, 352). Özünü qismən günahkar hesab edir. Devedjyan Ovanes Akopoviçin, Burev Semyon İvanoviçin, Plev Xristo Dmitriyeviçin, Pastandaryan Krikor Andranikoviçin, Asatryan Qayk Kirakosoviçin, Doğramacyan Mardın Mkrtıçeviçyin, Davidyan Nşan Akopoviçin, Tomasyan Mkrtıç, Astvatsaturyan Nerses Srapionoviçin, Sarkisyan Qurgen Semyonoviçin ifadələri əsasında Ter-Harutyunyanın günahı sübuta yetirilmişdir. İlkin təhqiqatın bitməsi, və irəli sürülmüş ittihamın təsdiqini tapmasına arxalanaraq Ermənistan SSR in C.P.M. 200 – cü maddəsini rəhbər tutaraq hesab edirəm ki, 11278 nömrəli cinayət işini Ermənistan SSR-nin D.İ.N. qoşunlarının hərbi prokuroru vasitəsilə SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin nəzdində, xüsusi məşvərətin dinləmələrinə göndərilə bilər. Müttəhimə qarşı cəza tədbiri kimi, 25 illik həbs cəzasını təklif edilir. İttiham aktı 10 mart 1948 ci ildə tərtib olunmuşdur.
 
Ermənistan SSR
Dövlət Təhlükəsizlik Nazirliyinin
Birinci İdarəsinin üçüncü bölməsinin rəsisi
mayor Melkumyan”
 
Bu ittihamı biz verməmişik. Erməni  mayor Melkumyan hazırlayıb.
 
Mən ermənilərin Alman faşistəri ilə əlaqələrini araşdırmışam. Bu tarixçəni kitablaşdıran erməni yazarlar- tədqiqatçılar da var və onlar Njdenin qatı bir faşist olduğunu yazır və deyirlər. Mən Vaçe Hovsepyanın “Qaregin Njde və KQB” adlı kitabını oxumağı Paşinyana məsləhət bilərdim. Onun Azərbaycan legionu ilə bağlı nümayiş etdirdiyi fotoşəkillərin yüz qatı arxivlərdə ermənilərin əməkdaşlığından bəhs edir. Smbat Hovhannisyan özünün  “Tsexakronutyun və faşizm” (“Սմբատ Հովհաննիսյան  Ց  Ե  Ղ  Ա  Կ  Ր  Ո  Ն  ՈՒ  Թ  Յ  ՈՒ  Ն     ԵՎ    Ֆ  Ա  Շ  Ի  Զ  Մ (Ի ր ա կ ա ն ու թ յ ու ն   և   կ ե ղ ծ ի ք) Ermənistanın başında olan adam bu kitabı da oxusun, ermənicədir və görsün heykəl qoymağa davam etdikləri kimdir. Cinayətkar, eşcinsəl, ya qəhrəman. Onun hansı qəhrəmanlığı olmuşdur ki, indi bir heykəl də Xocavəddə qoymaq istəyirlər
 
“Almaniya üçün ölən Ermənistan üçün ölür! “
 
Bu fikir Qaregin Njdeyə məxsusdur, o adama ki, bütün ömrü boyu türklərə qarşı vuruşub.  Həm savaş meydanında, həm də ideoloji cəbhədə. Bütün həyatını Türkiyəyə və Türklüyə zərbə vurmağa “xərcləyib”.  Tsaxakronizm deyilən bir hərəkat və bir  təlim yaradıb ki, bu işi  tarix boyu ermənilər davam etdirsinlər. Davam etdirilirmi? Birmənalı şəkildə deyə bilərik ki, bəli! Bu gün Njde və onun təlimi erməni ideologiyasının Türklüyə qarşı, digər fərqli toplumlara qarşı əsas mübarizə qaynağıdır. 
 
Kimdir bu şəxs? Bu qədər nifrət onda hardandır?  Qaregin Njde 1866-cı ildə İrəvan quberniyasında anadan olub 1955-ci ildə Rusiyanın Vladimir şəhərindəki həbsxanada ölən bu adamı ermənilər nədən milli qəhrəman, milli ideoloq sayırlar? Bəlkə Tsexakrona görə?
 
Tsexakron - ermənicə  iki sözün –“ցեղ”( irq) ve “կրոն”(din) kəlmələrinin birləşməsidir. Qaregin Njde (Qaregin Ter- Harutyunyan) tərəfindən ortaya atılan bu hərəkata Tsexakron, onun ideoloji təliminə isə Tsexakronutyun (tsexakronizm)  adı verilmişdir. Ermənistan Respublikası bu təlimi əsas alaraq öz dövlət siysətini müəyyənləşdirir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri sayır. O həm də ermənilərin ən məşhur tarixi şəxsiyyətlərindən biri hesab olunur.
 
Erməni milli şovinizmini əsrin ilk onilliklərində davam etdirdiyi siyasəti ayaqda tutmaq və onu bütün ermənilər yaşayan yerlərə çatdırmaq üçün belə bir təlimə ehtiyac var idi - qənaətindədi Ermənistan toplumu. Burada əsas məqsəd, Tsexakron ideologiyası çərçivəsidə guya erməni millətini, ana köklərindən uzaqlaşmaq təhlükəsi qarşısında qalan  Erməni diasporasını və xüsusilə gəncləri  yenidən səfərbər edərək Türkiyəyə qarşı bir hərəkat meydana gətirmək idi. Qaregin Njde önce savaş meydanında Türklərə divan tutmağa çalışmışdır. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanların sayı-hesabı yoxdur. İstədiyinə nail ola bilməyən (əslində ermənilər nə istəmişdilər onu artıqlaması ilə almışdılar) Nyde bu təlimi yaratmağanə zaman başalamışdır? 1922-ci ildə Təbrizdən dönərək Sofyaya yerləşmiş olan  Njde Türklər əleyhinə ilk yazılarını da bu tarixdən başlayaraq nəşr etdirməyə başlamışdı. Məsələn, "Lernhayastanın (Dağlıq Ermənistan) Qəhrəman Müqaviməti" (Buxarest, 1923), "Gündəliyimdən səhifələr (Qahirə, 1924)", "Övladlar atalarına qarşı mübarizəsi (Selanik, 1927)" və s. kitablarında bu təlimin konturlarını müəyyən etmişdi. Həmin dövrdə və daha sonrakı illərdə Njde, daşnaklar tərəfindən  buraxılan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə; tək məqsədi də xarici ölkələrə  dağılmış ermənilərdə türklərə və Türkiyəyə qarşı genetik bir nifrət meydana gətirmək idi. Sonra Bolqarıstandan ABŞ-a gedərək bu təlimi yaymaqla məşğul olmuşdur. Bu “nəzəriyyə” ilə  ermənilər irqçi Tsexakronunu faşizmə yaxınlaşdırırdı. Gələcəkdə bütün dünyanın onları dərk edib ermənilərə sahib çıxacağından əmindir. 
 
Şovinist və irqçi bir ölkədə belə mənzərənin şahidi olmaq normaldır. Monte Melkonyan kim idi? Beynəlxalq terrorist. Terrorist bu ölkədə qəhrəmandır.   
 
Erməni Smbat Hovhannisyan özünün “Tsexakronutyun və faşizm” ( “Սմբատ Հովհաննիսյան  Ց  Ե  Ղ  Ա  Կ  Ր  Ո  Ն  ՈՒ  Թ  Յ  ՈՒ  Ն     ԵՎ    Ֆ  Ա  Շ  Ի  Զ  Մ (Ի ր ա կ ա ն ու թ յ ու ն   և   կ ե ղ ծ ի ք) adlı məqaləsində bu təlimin faşizmlə müqayisə edərkən bu təlimin daha irqçi olduğunu önə sürür. Bu təlimi irqçi təlim olaraq qiymətləndirənlər çoxdur. Ölkələrinə səpələnmiş diasporu da var.
 
Ermənistandan kənarda bu məsələyə münasibət bildirilməmiş və təəssüf ki, bu mövzuya indiyəcən olan yanaşmalar ibtidai yanaşma səviyyəsində olmuş və erməni irqçiliyinin kökündə məhz bu təlimin durduğu açıq söylənməmişdir. 
 
Njdenin faşizmə simpatiyası bilinən bir gerçəkdir. O faşist Almaniyası ilə əməlli-başlı ilişki içərisində olmuş və ordu quraraq Sovet hökumətinə qarşı vuruşmuşdur. Bununla və digər məsələlərlə bağlı verəcəyimiz şərhlərdə bu açıqca görünəcəkdir ki, Njdenin təlimi irqçidir, insanlıq əleyhinə yönəldilmişdir. Bu da faşist erməni emblemi. Fotoda general Dro  (Draztamat Kanayan) ilə birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin komandiri qruppenfürer  Nazaryan
 
Njde özü 15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər. Bu da onların mətbuat orqanları...
 
(Erməniləri Almaniya tərəfə keçməyə, Hitlerə xidmət etməyə çağırmaq məqsədi ilə Almaniyada qurulmuş "Hayastan" qəzeti və bütün redaksiya heyəti ermənilərdən ibarət olub. Maliyyələşdirmə Almaniya tərəfindən reallaşdırılıb, birbaşa III Reyxin Təbliğat və Təşviqat naziri Yozef Göbbelsin nəzarətində olub.
 
Nədən bəhs edir Paşinyan? Bunlara baxıb utanmırmı? Bu da Erməni legionunun uniforması.  
 
Bu, onu göstərirdi ki, ermənilər kim güclü isə onun yanında olmaq xasiyyətini dəyişməmişdilər. Dərhal təşkilatlanaraq şeytanı belə müdafiə etmək bu millətin xarakterindən irəli gəldiyini yazan müəlliflər yanılmırlar. Krımda Daşnakların başında olduğu EMK-si "Azat Hayastan - Ազատ Հայաստան" ( Azad Ermənistan) və "Hay azq- Հայ ազգ" (Erməni milləti) adlı jurnallar çıxarmış, yarımadanın kişi əhalisini alman ordularının yanında döyüşməyə çağırmışdılar.
Berlində Erməni İnqilabi Federasiyası- Daşnaksütyunun rəhbərlərinin bəziləri Abeğyanın sədrliyi ilə yaradılan "Erməni Milli Şurası"nın  üzvləri Artaşes Gülxandanyan (sədr müavini), Harutyun Baqdasaryan (katib), Qaregin Njde, Drastamat Kanayan (Dro), Vahan Papazyan (Koms) və başqaları idilər. Şura Nasist Almaniyasının SSRİ-nin işğal olunmuş  Şərq rayonları Nazirliyinin  himayəsi altında fəaliyyət göstərirdi,onun əsas məqsədi Qafqazda alman hakimiyyətini təmin etmək idi. Bunu gerçəkləşdirmək üçün alman ordusu içərisində erməni legionunun təşkil edilməsi şərt olaraq ortaya qoyulmuşdu.Njde və Dro da bu legiona erməni əsirlərinin daxil edilməsini düşünmüşdülər.
 
Njde və digərləri ilə birlikdə faşistlərlə çox sıx əməkdaşlıq edən erməni lider Dro (Drastamat Kanayan) idi. Azərbaycan torpaqlarında qatı cinəyətlər törədən bu adam cəzasız qalmış və onun Amerikada rahat həyat sürməsinə şərait yaradılmışdır.
 
Bu da müasir erməni gənci. Paşinyanın gələcəyi. İndi deyin, kimdir faşistlərlə əməkdaşlıq edən? Kimdir faşist?
 
Qafar Çaxmaqlı, 
Ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...