İspaniya XİN başçısı Azərbaycana təşəkkür edib | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


İspaniya XİN başçısı Azərbaycana təşəkkür edib

Siyasət A- A A+

İspaniya Xarici İşlər naziri Arança Qonzalez Laya Heydər Əliyev Mərkəzinin binasının üzərində İspaniya bayrağının işıqlandırılması ilə bağlı həmrəylik ismarışına görə Azərbaycana təşəkkür edib.

EDNews.net  xəbər verir ki, İspaniya XİN başçısı mayın 20-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla telefon danışığı zamanı ölkəsinin minnətdarlığını çatdırıb. 

Arança Qonzalez Laya həmçinin qlobal sağlamlıq böhranına qarşı birgə mübarizəyə dəstək ifadə edən məktubuna görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün koronavirusdan zərər çəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunub. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ, Gürcüstan və Avropa İttifaqının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...