Mayın 28-də - Azərbaycanda Respublika Gününün qeyd edildiyi bir tarixdə Kanadada erməni fəallarının iştirakı ilə çəkilən və Qarabağla bağlı tarixi həqiqətləri təhrif edən film festivalı onlayn olaraq ictimaiyyətə təqdim ediləcək.
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, kanadalı rejissorun ABŞ-dakı erməni şovinistləri ilə brilikdə çəkdiyi bu filmdə sözdə “hər iki tərəfin həqiqətlərinə” yer ayrıldığı bildirilsə də, ermənilərin indidən bu filmi bayram ab-havası ilə qeyd etməsi, filmin daha çox ermənilərin maraqları aspektində çəkildiyini göstərir.
Hələlik Kanada tamaşaçılarına göstəriləcək filmin yaxın gələcəkdə ABŞ-da da təqdimatı gözlənilir. Filmdə müxtəlif peşə sahiblərinin, eləcə də adi vətəndaşların probemlə bağlı baxışlaırna yer ayrıldığı vurğulanır.
Məlumat üçün qeyd edək ki, bu, Qarabağ həqiqətlərini təhrif edən, dünya ictimaiyyətini çaşdırmağa xidmət edən ilk film deyil. Ermənilər bundan öncə də film və tamaşalardan öz işğalçılıq siyasətlərinə haqq qazanmaq üçün istifadə edib, incəsənəti də öz mübarizə vasitələrinin birinə çeviriblər.