Ərdoğan İlham Əliyevə zəng etdi | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Ərdoğan İlham Əliyevə zəng etdi

Siyasət A- A A+

Mayın 24-də Türkiyənin Prezidenti Rəcəb Tayyin Ərdoğan Azərbaycan Respubliksası Prezidenti İlham Əliyevə telefonla zəng edib.

EDNews.net  xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Türkiyə Prezidenti dövlətmizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Türkiyə Prezidenti və Türkiyə xalqına təbriklərini və ən xoş arzularını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, qardaş ölkələrimiz və xalqlarımızın həmişə olduğu kimi bu ağır dövrdə də bir-birinin yanında olduqlarını vurğulayıblar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.(modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...