Ermənistan İranı buna görə hədələdi - DİPLOMATİK SKANDAL | Eurasia Diary - ednews.net

2 İyul, Cümə axşamı


Ermənistan İranı buna görə hədələdi - DİPLOMATİK SKANDAL

Siyasət A- A A+
Ramazan bayramı münasibətilə İranın Azərbaycandakı səfiri Cahangirzadənin Azərbaycan xalqına olan təbriki Ermənistanda birmənalı qarşılanmayıb. Hörmətli səfirin  təbrikində səsləndirilən “İnşaallah yaxın gələcəkdə Qarabağın və Qüdsün azad edilməsi Azərbaycan xalqına sevinc bəxş edər” fikirlərini erməni mediası süngü ilə qarşılayıb, ermənilərə xəyanət kimi dəyərləndirib. 
 
Tez tarixi yada salıblar ki, İran guya tarixən Ermənistana və Qarabağa hücumlar edib, yerli əhalini əsir aparıblar. İranı hədəfə alan  erməni mediası yazır: 
 
"İran səfirinin təbrikləri cənub qonşumuzun xəyanətini bir daha nümayiş etdirdi. Bu qonşuya görə  Qərbdə Ermənistan dəfələrlə tənqidə məruz qalır. Axı, heç kəsə sirr deyil ki,  Qərbin ağır sanksiyaları altında olan İran dövlətinin demək olar ki, dünyaya yeganə pəncərəsi Ermənistandır. Bu gün ermənilərə görə İran ayaq üstə qalıb. Buna görə də Tehrandan "təşəkkür"ümüz bu oldu”.  
 
İranın mərkəzləşmiş bir dövlət olduğunu xatırladan ermənilər bu təbrikin İran XİN rəhbəri Zəriflə razılaşdırıldığını da vurğulayır.
 
Qeyd edək ki, Ermənistanın quruda Gürcüstan sərhəddindən başqa yeganə çıxış yolu İrandır və həm Ermənistan, həm də işğal olunmuş Qarabağdakı rejim üçün İran bir nəfəslikdir. (moderator.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...