ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilib | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilib

Siyasət A- A A+
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.
 
EDNews.net-in məlumatına görə, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması qeyd olunur.
 
Mer Bouzer bəyannamədə Azərbaycanın 1922-ci ildə Sovet Birliyinə daxil edildiyi və 60 ildən sonra yenidən - 1991-ci ildə müstəqilliyini bərpa etdiyini yazıb. 
 
O qeyd edib ki,  Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qoruyub və möhkəmləndirib. Mer həmçinin vurğulayıb ki, Azərbaycanın suverenlik və müstəqilliyini dəstəkləyən ABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.
 
Mer Bouzer bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.
 
Qeyd edək ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar bəyannamə mer ofisi tərəfindən Azərbaycanın Vaşinqtondakı səfirliyinə təqdim olunub.(report)
 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...